Qarabağda artıq dörd kiçik SES bərpa olunub – Nazir müavini

Bu günədək Qarabağda dörd kiçik su elektrik stansiyası (SES)
bərpa olunub.

Trend-in məlumatına görə, bunu energetika
nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Aİ-Azərbaycan
biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın azad edilmiş ərazilərinin “yaşıl” enerji zonasına çevrilməsi planlaşdırılır.

“Bu strategiyanın layihəsi Yaponiyanın “Tepsco” şirkəti ilə
birgə hazırlanır. Qarabağda bu günədək dörd kiçik su elektrik
stansiyası bərpa olunub, beş kiçik SES-in bərpası üzrə işlər davam
etdirilir. Daha on səkkizini isə özəl investisiyalar hesabına bərpa
etmək planlaşdırılır”, – o deyib.

E.Soltanov qeyd edib ki, Energetika Nazirliyi Azərbaycanın külək
enerjisi potensialını 3 min meqavatt, su enerjisi potensialını 23
min meqavatdan çox, kiçik SES-lərin potensialını 520 meqavatt,
bioenerji potensialını 280 meqavatt həcmində dəyərləndirir. Bütün
Azərbaycan ərazisində külək enerjisinin potensialı 157 giqavatt
həcmində dəyərləndirilir.

“Azərbaycanda elektrik enerjisi tarifləri müvafiq qanunvericilik
aktları ilə tənzimlənir. Ölkədə elektrik enerjisi bir sıra
ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə ucuzdur. Bu balansın
təmin olunması üçün hökumət müvafiq subsidiyalar hazırlayıb”, –
deyə nazir müavini bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: