Xəbər - Fərid Zöhrabov – Trend:
Qarabağda arıçılığın inkişafı və məhsulun bol olması balın qiymətinə də təsir edəcək. Belə ki, gələcəkdə balın qiymətinin aşağı düşməsi gözlənilir
Bunu Trend-ə Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.
B.Həsrətovun sözlərinə görə, bu il azad olunmuş ərazilərdə arıçılar yüksək məhsul götürüb:
“Qarabağ bölgəsində arıçılıq qədimdən inkişaf etmiş sahələrdən biri olub. Torpaqlarımız işğaldan azad olunduqdan sonra bu ərazilərdə arıçılıq yenidən inkişaf edir. Kəlbəcər və Laçın yaylaqlarına ümumilikdə 4000-dən çox arı ailəsi köçürülüb. Bu il həmin yerlərdə məhsuldarlıq çox olub. Belə ki, hər arı yeşiyindən 50 kiloqrama yaxın bal götürülüb.
Qarabağda arıçılığın inkişafı və məhsulun bol olması balın qiymətinə də təsir edəcək. Belə ki, gələcəkdə balın qiymətinin aşağı düşməsi gözlənilir.”
Qeyd edək ki, Azərbaycanın digər regionlarında güclü arı ailəsi bir ildə 15-20 kiloqrama yaxın bal verə bilər.
Hazırda ölkədə balın orta qiyməti isə 25-30 manatdır.