Qarabağa terrorçu göndərən “Abxaz”ın bazası vuruldu

Qarabağa terrorçu göndərən “Abxaz”ın bazası vuruldu

Donetskdə “Pyatnaşka” terror birləşməsinin yerləşdiyi baza vurulub.

AzerTimes xəbər verir ki, bu barədə Luqansk vuilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

“Hazırda Donetskin ətrafında Luqanskda döyüşən məşhur “Pyatnaşki” beynəlmiləl quldur dəstəsinin bazası yanır. Çoxlu sayda ölü və yaralı var, texnikalar məhv edilib”, – Qayday bildirib.

Qeyd edək ki, “Pyatnaşka” terrorçu dəstəsinin rəhbəri məşhur terrorçu “Abxaz” ləqəbli Axra Avidzbadır. İkinci Qarabağ müharibəsi zamanı Avidzba Abxaziyadakı Baqramyan batalyonunun keçmiş üzvlərinin iştirakı ilə xüsusi batalyon yaradılaraq Qarabağa göndərib.

Teqlər: