Qarabağa qayıdışın effektiv təşkili məqsədilə məcburi köçkünlər arasında sorğu keçirilir. Sorğuda UNEC-in məcburi köçkün statusu olan əməkdaşları və tələbələri də iştirak edirlər.
Sorğunun nəticələri işğaldan azad olunmuş ərazilərimizin bərpası və qayıdışın planlaşdırılması zamanı nəzərə alınacaq. Dövlət sifarişi əsasında, müxtəlif elmi-tədqiqat və tədris müəssisələrini təmsil edən və müstəqil qrup kimi fəaliyyət göstərən alimlər tərəfindən aparılan sorğu materialları, o cümlədən respondentlərin şəxsi məlumatları və cavabları məxfi qalacaq.
Sorğuya keçid üçün: https://sorgu.ada.edu.az/