Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb

Xəbər - Humay Ağacanova – Trend:

İşğaldan azad edilən ərazilərə qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı qanun layihəsinin ilkin variantı hazırdır.

AzerTimes-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin innovativ iqtisadi inkişaf imkanları” mövzusunda elmi-praktiki konfransda deyib.

O bildirib ki, Qarabağda yaşayacaq əhalinin işlə təminatı üçün xüsusi məşğulluq kvotası və işə götürmənin prinsipləri üzrə razılıq əldə ediləcək:

“Əhalinin ilkin məşğulluğu dövlət xətti ilə təmin olunacaq. Qayıdacaq əhalinin repatriasiyası və reinteqrasiyası ilə bağlı qanun layihəsinin ilkin variantı hazırdır. Artıq layihə Nazirlər Kabineti, Prezident Administrasiyası və rəy verilməsi üçün müvafiq qurumlara təqdim edilib”,- deyə o qeyd edib.


Teqlər: