“Qarabağ”a məğlub oldular, prezident özündən çıxdı

“Qarabağ”a məğlub oldular, prezident özündən çıxdı

Portuqaliyanın “Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə “Qarabağ”a 2:4 hesablı məğlubiyyətdən sonra futbolçularla təcili iclas keçirmək üçün paltardəyişmə otağına gedib.

AzerTimes xəbər verir ki, funksioner komandanın son dövrlərdəki çıxışından, eləcə də Ağdam klubu ilə matçdakı nəticədən narazı qaldığını bildirib. O, məşqçilər heyətinə və futbolçulara qısa zamanda vəziyyəti düzəltmək üçün tapşırıq verib.

Hətta “Braqa”nın baş məşqçisi Artur Jorjenin iclasa görə mətbuat konfransına gecikdiyi iddia edilir.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

Teqlər: