“Qarabağ”a əvvəl yaxşı bələ idim, bu gün isə… – Moe

“Qarabağ”a əvvəl yaxşı bələ idim, bu gün isə… – Moe

Komandamız qrupda Almaniyanın “Bayer”, Azərbaycanın “Qarabağ” və İsveçin “Haken” klubları ilə qarşılaşacaq. İkinci yer uğrunda mübarizə aparmaq ehtimalımız yüksəkdir.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe yerli mətbuata açıqlamasında deyib.

Püşkatmanın nəticəsini dəyərləndirən 53 yaşlı mütəxəssis “Qarabağ”ın ən az digər klublar qədər çətin rəqib olduğunu bildirib:

“Azərbaycan təmsilçisini artıq neçə ildir tanıyıram. Əvvəllər bu klubun oyun səviyyəsinə daha yaxşı bələd idim. Bu gün isə “Qarabağ”ın nə qədər inkişaf etdiyini təsəvvür belə edə bilmirəm”.

O, “Bayer” komandasının qrupun favoriti olduğunu vurğulayıb:

“Hər halda biz də bu mübarizənin içində olacağıq. Əminəm ki, bu oyunlar bizə yaxşı komanda olduğumuzu göstərmək imkanı verəcək”.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.

Teqlər: