Aslan Məmmədli, Ağdam – Trend:
28 may Respublika günü bu il tamamilə başqa ab-havada, başqa əhval-ruhiyyədə qeyd edilir. 44 günlük Vətən Müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra Azərbaycan xalqı Respublika gününün sevincini daha böyük fəxr və qürurla yaşayır. Azad Qarabağda üçrəngli bayraqlarımız dalğalanır, ərazi bütövlüyümüz bərpa edilib, qürurumuz özümüzə qayıdıb, tarixi ədalət öz yerini tapıb. Azərbaycan tarixdə heç vaxt olmadığı kimi müstəqildir, güclü, qüdrətli, azaddır.
Bayram gününü qarabağlılar, üzərindən məcburi köçkün adı götürülən vətəndaşlarımız indi daha böyük ruh yüksəkliyi ilə qeyd edir. Çünki, doğma ata yurdları düşmən tapdağından təmizlənib, Qarabağ sürətlə bərpa edilir və tezliklə Böyük Qayıdış başlayacaq.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Ağdamın Quzanlı qəsəbəsində məskunlaşan bir neçə ziyalı ilə görüşüb, onların bayram təəssüratlarını öyrənib. Qarabağlılar Zəfərlə qeyd edilən ilk Resbublika gününün qürurunu, sevincini böyük ruh yüksəkliyi və xüsusi məmnunluqla keçirirlər.
Videoreportajı tədim edirik.