UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo Zaqreb”in rəqibi olan Ağdamın “Qarabağ” klubu pley-off mərhələsinin ilk görüşü üçün Xorvatiyaya yola düşüb.
AzerTimes xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn komandamız bu gün Xorvatiyanın Zaqreb şəhərinə yollanıb.
Komandalar arasında keçiriləcək ilk görüş avqust ayının 20-də Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” III təsnifat mərhələsində Bolqarıstanın “Ludoqorets” klubunu ümumilikdə 8:4 hesabı ilə məğlub edərək pley-offa vəsiqə qazanıb.