Qarabağ və Şərqi Zəngəzurda yol layihələrinin icrası ilə bağlı hazırkı vəziyyət açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu
layihələrinə dair məlumat açıqlayıb.

Trend məlumatı təqdim edir:

1 Füzuli -– Hadrut avtomobil yolu

– texniki göstəricilər: 12 km, I texniki dərəcəli, 4 hərəkət
zolaqlı.
– görülən işlər: torpaq işləri 42%, yol geyimi 23%, boru və
keçidlərin tikintisi 21% icra olunub. Yolun 300 m hissəsində
asfalt-beton örtüyün alt layı tikilib.
– işlərin başa çatdırılması: 2022-ci il.

2 Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolu

– texniki göstəricilər: 22 km, IV texniki dərəcəli, 2 hərəkət
zolaqlı.
– görülən işlər: mövcud yol örtüyü frez maşını vasitəsilə profilə
salınır, 2700 m hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800
m ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır
və yeni yol əsası tikilir.
– işlərin başa çatdırılması: 2022-ci il.

3 Bərdə – Ağdam avtomobil yolu

– texniki göstəricilər: 45 km, I texniki dərəcəli, 4 hərəkət
zolaqlı.
– görülən işlər: torpaq işləri 57%, yol geyimi 19%, boru və
keçidlərin tikintisi işləri 45%, körpülərin tikintisi 93% icra
olunub.
– işlərin başa çatdırılması: 2022-ci il.

4 Qubadlı – Eyvazlı avtomobil yolu

– texniki göstəricilər: 28.5 km, IV texniki dərəcəli, 2 hərəkət
zolaqlı.
– görülən işlər: yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının
tikintisi işləri aparılır. Yolun 8 km-də torpaq yatağının
genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
– işlərin başa çatdırılması: 2022-ci il.

5 Qubadlı – Mahmudlu – Yazdüzü – Ermənistan sərhədi avtomobil
yolu

– texniki göstəricilər: 26,4 km, IV texniki dərəcəli, 2 hərəkət
zolaqlı.
– görülən işlər: yolun layihələndirməsi işləri aparılır.
– işlərin başa çatdırılması: 2022-ci il

6 Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun
tikintisi

– texniki göstəricilər: 726.3 km, IV texniki dərəcəli, 2 hərəkət
zolaqlı.
– görülən işlər: yollarda torpaq işləri 83%, torpaq yatağının və
yol geyiminin tikintisi işləri 25%, boruların tikintisi 95%, yol
nişanları 82% icra olunub.
– işlərin başa çatdırılması: 2022-ci il.

7 Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun
tikintisi

– texniki göstəricilər: 32 km, III texniki dərəcəli, 2 hərəkət
zolaqlı.
– görülən işlər: avtomobil yolunun layihələndirilməsi ilə parallel
olaraq, torpaq işləri həyata keçirilir, 13-24 cü km hissədə torpaq
yatağının və 1 körpünün tikintisi davam etdirilir.
– işlərin başa çatdırılması: 2022-ci il.

8 Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar
qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi

– görülən işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır,
paralel olaraq 10 ha sahədə ərazinin təmizlənməsi işləri
görülür
– işlərin başa çatdırılması: 2022-ci il

9 Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu

– texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2
hərəkət zolaqlı.
– görülən işlər: Yolun ilk 8.5 km və 9-22-ci km hissələrində torpaq
işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri
davam etdirilir.
– işlərin başa çatdırılması: 2022-ci il.

10 Xudafərin – Qubadlı -– Laçın avtomobil yolu

– texniki göstəricilər: 70.4 km, I texniki dərəcəli, 4 hərəkət
zolaqlı.
– görülən işlər: Qubadlı – Laçın istiqamətində 45 km, Xanlıq
istiqamətində 14 km hissədə torpaq yatağının və körpülərin
tikintisi işləri aparılır. Torpaq işləri 47%, yol geyimi 10%, boru
və keçidlərin tikintisi 25%, körpülərin tikintisi 24%, istinad
divarlarının tikintisi 22% icra olunub.
– işlərin başa çatdırılması: 2023-cü il.

11 Şükürbəyli – Cəbrayıl – Hadrut avtomobil

– texniki göstəricilər: 39.7 km, I texniki dərəcəli, 4 hərəkət
zolaqlı.
– görülən işlər: torpaq işləri 58%, yol geyimi 17%, boru və
keçidlərin tikintisi 64%, körpülərin tikintisi 56% icra olunub.
– işlərin başa çatdırılması: 2023-ci il.

12 Ağdam – Füzuli avtomobil yolunun tikintisi

– texniki göstəricilər: 64,8 km, I texniki dərəcəli, 4 hərəkət
zolaqlı.
– görülən işlər: torpaq işləri icra olunur, paralel olaraq
layihələndirmə aparılır. Torpaq işləri 3% icra olunub.
– işlərin başa çatdırılması: 2023-cü il.

13 Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu

– texniki göstəricilər: 81.6 km, I texniki dərəcəli, 6-4 hərəkət
zolaqlı.
– görülən işlər: layihə boyu torpaq yatağı inşa olunur, həmçinin 8
körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır.
– işlərin başa çatdırılması: 2024-cü il.

14 Əhmədbəyli – Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd yeni
avtomobil yolu

– texniki göstəricilər: 123.6 km, I texniki dərəcəli, 4 hərəkət
zolaqlı.
– görülən işlər: yol boyu torpaq yatağının tikintisi aparılır.
Torpaq işləri 50%, boru və keçidlərin tikintisi 35%, körpülərin
tikintisi 48% icra olunub.
– işlərin başa çatdırılması: 2024-cü il.

15 Kəlbəcər -– Laçın avtomobil yolu

– texniki göstəricilər: yol – 72.3 km, I-II texniki dərəcəli,
2-3 hərəkət zolaqlı, tunel – 9.8 km.
– görülən işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir.
Umumi icra vəziyyəti 2% təşkil edir.
– işlərin başa çatdırılması: 2025-ci il.

16 Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu

– texniki göstəricilər: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3
hərəkət zolaqlı, Murovdağ tuneli – 11.6 km; tunel 1 – 6.3 km.
– görülən işlər: yolun 12-13 və 26-28 km-də torpaq yatağının
inşası, həmçinin zəruri nöqtələrdə suötürücü boruların inşası davam
edir. 8.5-8.7 və 12.8-13.5-ci km hissələrdə mövcud kanalların
köçürülməsi, həmçinin bəzi ərazilərdə suötürücü boruların inşası
tamamlanıb, 26-26.5-ci km-də kanalın inşası isə davam edir.
Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam
1857 m təşkil edir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə
başlanılıb.
– işlərin başa çatdırılması: 2026-cı il.

Teqlər: