Xankəndi şəhərindəki Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum olub.
AzerTimes xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilib ki, I ixtisas qrupu üzrə 6 ixtisasa 290 nəfər qəbul olub. Bu qrup üzrə orta qəbul balı 475.5, ən yüksək nəticə isə 659.9 bal (Riyaziyyat müəllimliyi) olub. Həmçinin, olimpiada qalibi olan 1 abituriyent Elektrik və elektronika mühəndisliyi ixtisasını seçib.
II ixtisas qrupu üzrə 7 ixtisasa 330 nəfər qəbul olub. Bu qrup üzrə orta qəbul balı 396.7 olub. Ən yüksək nəticə isə 641.7 bal (Maliyyə) qeydə alınıb. Maliyyə ixtisası üzrə keçid balı 500.5 bal olub.
III ixtisas qrupu üzrə 6 ixtisasa 330 nəfər qəbul olub. Bu qrupun orta qəbul balı 531.3, ən yüksək nəticə isə 683.8 bal (Hüquqşünaslıq) olub. Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609.4 bal, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538.7 bal olub.
IV ixtisas qrupu üzrə 1 ixtisasa 30 nəfər qəbul olub. Psixologiya ixtisası üzrə orta qəbul balı 470, ən yüksək nəticə isə 570.6 bal olub.
Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan tələbələrin orta qəbul balı 467.6 olub.
Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas üzrə 124 tələbə qəbul olub.
101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub.