Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start verilib.
AzerTimes-ın məlumatına görə, günün yeganə oyununda “Qarabağ” “Turan Tovuz”u qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin qollarını 2-ci dəqiqədə Kvabena Ovusu, 42-ci dəqiqədə penaltidən Ramil Şeydayev, 53-cü dəqiqədə Filip Ozobiç vurub.
Birinci pillədə qərarlaşan meydan sahibləri xallarının sayını 30-a çatdırıb. Tovuz təmsilçisi 12 xalla 6-cı sıradadır. Komandalar arasındakı III turdan təxirə salınmış görüş noyabrın 9-da olacaq.
Qeyd edək ki, XI turun “Qəbələ” – “Kəpəz”, “Sumqayıt” – “Zirə” oyunları oktyabrın 22-də, “Səbail” – “Şamaxı” və “Neftçi” – “Sabah” qarşılaşmaları isə oktyabrın 23-də keçiriləcək.