“Qarabağ tarixi” dərsliyi “Qarabağın zəfər tarixi” adlandırılacaq

Xəbər - İlhamə İsabalayeva – Trend:

Məktəblərdə “Qarabağ tarixi” dərsliyi növbəti tədris ilindən “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdləri üçün tədris ediləcək.

AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bu dərslik vasitəsilə Qarabağın tarixi, Qarabağ münaqişəsi ilə bağlı uzunmüddətli danışıqlar prosesi, baş verən hadisələrin, zəfərin qazanılması və s. barədə məlumatların Azərbaycan vətəndaşlarına, şagirdlərə çatdırılması təmin ediləcək.

Teqlər: