“Qarabağ” və İsveçrə “Sürix”i arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyununun vaxtı bəlli olub.
AzerTimes xəbər verir ki, qarşılaşma iyulun 19-da saat 20:00-da başlayacaq.
İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Ağdam təmsilçisi I təsnifat mərhələsində Polşa “Lex”ini mübarizədən kənarlaşdırıb – 0:1; 5:1.