Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir – “Azernews” qəzeti

Azernews” qəzetində 4 Mart tarixində işıq üzü görmüş “Qarabağ sülh müqaviləsinin icrası davamlı sülh və təhlükəsizlik üçün əsas amildir” adlı yazıda Azərbaycan və Ermənistan arasında sülh prosesinin mümkünlüyündən bəhs edilir.

AzerTimes-ın məlumatına görə, yazıda 2020-ci ildə Ermənistanla 44 günlük müharibədəki qələbəsi ilə Azərbaycan iki qonşu ölkənin və bölgənin tarixində yeni bir səhifə açdığı qeyd olunub. Regionda yaranmış yeni vəziyyətdə Bakı iki xalq arasındakı əməkdaşlığı müharibədən sonra davamlı sülh və təhlükəsizliyin açarı kimi qiymətləndirir.

Təqdim olunan yazıda, Azərbaycan rəsmilərinin və ekspertlərinin hər iki ölkənin birgə gələcəyinin yalnız qarşılıqlı əməkdaşlıq əsasında mümkünlüyü, Qarabağda yaşayan ermənilərin Aərbaycan cəmiyyətinə inteqrasiyasının düşmənçilik səhifəsini cevirdikdən sonra baş tutacağı barədə fikirlər öz əksini tapıb.

Yazı Ermənistanın özündə və ondan kənarda yaşayan ermənilər arasında nifrət dolu anti-Azərbaycan əhval ruhiyyəsinin hələ də güclü olduğunu nəzərə çatdırır və vurğulayır ki, bu səbəbdən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası uzun sürə bilər.

Məqalədə, Prezident İlham Əliyevin Ermənistanın hər hansı revanşist addımına veriləcək cavab reaksiyası, qarşı dövlətin Qarabağ sülh sazişinin şərtlərinə əməl edəcəyi təqdirdə regionda sülhün tədricən bərpa olunacağı və erməni əhalisinə qarşı Azərbaycan dövlətinin sülhpərvər münasibəti barədə dedikləri əks olunub.

Teqlər: