“Qarabağ” son dəqiqələrdə vurduğu qollarla qalib gəldi

“Qarabağ” son dəqiqələrdə vurduğu qollarla qalib gəldi

Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında II turun daha bir matçı keçirilib.

AzerTimes xəbər verir ki, son çempion “Qarabağ” “Sumqayıt”ın qonağı olub.

“Kapital Bank Arena”dakı qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə yekunlaşıb – 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.

Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, “gənclik şəhəri” təmsilçisi iki oyundan sonra xalsız qalıb.

Qeyd edək ki, günün digər oyununda “Səbail” “Turan Tovuz”u qəbul edəcək. Turun açılış görüşündə “Sabah” səfərdə “Zirə”yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək “Qəbələ” – “Şamaxı” və “Neftçi” – “Kəpəz” matçları ilə yekun vurulacaq.

Teqlər: