“Qarabağ” sloveniyalı qapıçı ilə maraqlanır

“Qarabağ” sloveniyalı qapıçı ilə maraqlanır

Ağdamın “Qarabağ” klubu Sloveniyanın “Maribor” komandasında çıxış edən qapıçı Ajbe Yuqla maraqlanır.

AzerTimes xəbər verir ki, Ağdam təmsilçisi ilə yanaşı, ABŞ-ın MLS liqasında çıxış edən bəzi komandalar da 31 yaşlı oyunçu heyətinə qatmaq istəyir.

“Maribor” hələlik sloveniyalı qolkiper üçün mümkün təklifləri gözləyir.

Qeyd edək ki, A.Yuq 2020-ci ildən “Maribor”un formasını geyinir.

Teqlər: