UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şerif” oyununun təyinatları açıqlanıb.
Qarşılaşmanı Belarusdan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Sergey Tsinkeviç olacaq. Ona yan xəttlərdə Yevgeni Romanov və Vitali Malyutin kömək edcəcək. Dördüncü hakim funksiyasını Viktor Şumusik yerinə yetirəcək. Hakimlərin işinə bolqarıstanlı İçko Lozev qiymət verəcək. Matçın UEFA nümayəndəsi qazaxıstanlı Kuaniş Kanapyanov olacaq.
Qeyd edək ki, iyulun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.