Qarabağ separatçılarını yenidən körükləmək planı – Detallar

Qarabağ separatçılarını yenidən körükləmək planı – Detallar

Separatçıların Qarabağdan İrəvana qaçdıqdan sonra yaratdıqları qondarma “artsax məsələsi üzrə beynəlxalq komitə”nin üzvlərinin yenidən Avropa “turnesi” başlayıb.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi qondarma “komitə” Avropada növbəti görüşlər keçirməyi planlaşdırır.

“Joxovurd” qəzeti yazır ki, qondarma “komitənin” “ermənilərin Qarabağa qayıdışı üçün beynəlxalq zəmanətin əldə edilməsi”ndən ibarət olan gündəliyi dəyişməyib. Qəzetin məlumatına görə, qondarma “komitə”yə “daşnaksütyun” partiyasının Avropa ofisinin rəhbəri Qaspar Karapetyan, bu partiyadan olan Mario Nalbandyan, eləcə də separatçıların keçmiş “deputatı” Geqam Stepanyan və Respublika Partiyasından olan keçmiş deputat Karen Bekaryan da cəlb edilib.

Qeyd edək ki, qondarma “komitə”nin əsas məqsədi Azərbaycana qarşı separatizmin yenidən körüklənməsi və bu separatizmə beynəlxalq dəstəyin əldə edilməsidir. Oskanyanın rəhbərlik etdiyi təxribatçı qrup indiyə qədər Avropanın müxtəlif ölkələrində və ABŞ-da görüşlər keçirib.

Teqlər: