Qarabağdakı keçmiş separatçıların qondarma “parlamenti”nin sabiq üzvləri Ermənistan sərhədindən xaricə buraxılmır.
AzerTimes xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Zvartnots hava limanında Ermənistan sərhədini keçməsi qadağan edilən Geqam Stepanyan da oxşar vəziyyətlə üzləşib. Bizə çatan məlumata görə, bu qərarın səbəbi konkret cinayət işindədir. Bu yaxınlarda parlament üzvlərinin dəvət olunduğu İstintaq Komitəsi “artsax”da baş verən son hadisələrlə, xüsusən də Araik Arutyunyanı “prezident” postundan istefa verməyə vadar edən səbəblərlə maraqlanır”, – məlumatda deyilir.
Qeyd olunur ki, məlumatı Stepanyanın özü ilə dəqiqləşdirməyə çalışsalar da, o, zənglərə cavab verməyib.