Xankəndidəki separatçıların “daxili siyasi” həyatında ciddi gərginlik hökm sürür. Bu günlərdə Qarabağdakı separatçılar arasında üç cəbhə yaranıb – Araik Arutyunyan, Samvel Babayan və Ruben Vardanyan.
AzerTimes xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
“Babayan və Vardanyan demək olar ki, hər gün müxtəlif “siyasi qüvvələrlə”, Qarabağ ermənilərilə görüşlər keçirir, bir sözlə, mövqelərini möhkəmləndirməyə, özlərinə möhkəm dayaq yaratmağa çalışırlar. Bu məsələdə ən fəal olan Babayandır”, – məlumatda deyilir.