Qarabağ səhifəsi bağlandı: İndi Zəngəzur… – Solonnikov

Qarabağ səhifəsi bağlandı: İndi Zəngəzur… – Solonnikov

Erməni müxalifətin etirazları iki səbəbə görə hakimiyyətin devrilməsinə səbəb olmayacaq: qanuni olaraq Nazirlər Kabinetinin istefası parlament vasitəsilə həyata keçirilməlidir və parlamentdə müxalifət çoxluğu yoxdur, baş nazir parlament üzərində tam nəzarətə malikdir.

AzerTimes xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, politoloq Dmitri Solonnikov deyib.

“Küçədən çevrilişin baş verməsi üçün sxem Kiyevdəki kimi işləməlidir: Qərbin kəşfiyyat xidmətləri tərəfindən dövlət çevrilişi təşkil edilməli, proses maliyələşməli, Soros və USAİD-in pulu üçün dünyanın lazımi yerlərinə gedən mütəxəssislər olmalıdır. Eyni şəkildə bu adamlar Paşinyanı hakimiyyətə gətirdilər. Müxalifəti güclü şəkildə maliyyələşdirəcək, rəhbərlik edəcək, yönləndirəcək bir mərkəz yoxdur. Ona görə də küçə heç nəyə nail olmayacaq. Real dəyişikliklər olmayacaq. Aksiyalar davam edəcək, lakin tədricən sönəcək. Əgər bunlar parlament seçkiləri ərəfəsində baş tutsaydı, nəsə ola bilərdi. Ermənistanda yaxın vaxtlarda seçki olmayacaq”, – o bildirib.

Solonnikovun fikrincə, Ermənistanın Qarabağı yenidən ələ keçirməsi heç bir halda mümkün deyil:

“Rusiyaya da bu lazım deyil. Bu, heç kimə lazım deyil. Hamı başa düşür ki, bu çevrilmiş səhifədir, biz irəli getməliyik. Rusiyaya regionda sabitlik, Zəngəzur dəhlizi, Şimal-Cənub nəqliyyat dəhlizi, iqtisadi əlaqə, Türkiyəyə, Aralıq dənizinə çıxış lazımdır. Moskvanın qeyri-sabitliyə qəti ehtiyacı yoxdur”.

Teqlər: