Ukraynada AFP informasiya agentliyinin jurnalisti Dilan Kollins yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə hücumun şahidi olan AFP müxbirləri məlumat yayıb.
Kollins Donetsk vilayətindəki Baxmut yaxınlığında yerləşən meşədə Ukrayna artilleriyasının mövqeyindən reportaj hazırlayarkən PUA hücumu nəticəsində yaralanıb.
Qeyd edək ki, Livanda yaşayan ABŞ vətəndaşı olan jurnalist 2018-ci ildən AFP-də işləyir, hazırda agentliyin Livan və Suriya üzrə video koordinatorudur. O, Yaxın Şərqdə münaqişə zonalarında çalışıb və 2020-ci ildə Qarabağ müharibəsini işıqlandırıb.