Premyer Liqanın 23-cü turunda “Səbail”lə səfər matçının (1:1) 26-cı dəqiqəsində ciddi zədə alan “Qarabağ” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev dərhal xəstəxanaya aparılıb.
AzerTimes-ın klubun saytına istinadən verdiyi məlumata görə, burun, üz və kəllə nahiyəsindən xəsarət alan qapıçıya 25 tikiş qoyulub.
İlkin müayinədən sonra Şahruddin Məhəmmədəliyevin ən azı 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqləşib.