Qarabağ regionu günəş və külək elektrik stansiyalarının tikintisi üçün nəhəng potensiala malikdir – Nazir

Qarabağ regionu gələcəkdə günəş və külək elektrik
stansiyalarının tikintisi üçün nəhəng potensiala malikdir.

Trend-in məlumatına görə, bunu energetika
naziri Pərviz Şahbazov Azərbaycanda inşa ediləcək 230 MVt gücündə
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr
olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün imzalanan memorandumlar çərçivəsində
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl” və təmiz
enerji məsələləri işlənəcək.

“Kəlbəcər-Laçın zonasında 100 meqavatt gücündə külək elektrik
stansiyasının tikintisi planlaşdırılır. Eyni zamanda, xarici
investisiyalar hesabına regionda günəş enerjisini inkişaf etdirmək
nəzərdə tutulur”, – deyə o bildirib.

Nazir əlavə edib ki, Qarabağ regionu gələcəkdə 200 meqavatt
gücündə günəş elektrik stansiyasının tikintisi üçün nəhəng
potensiala malikdir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: