“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi bəlli olub.
AzerTimes xəbər verir ki, “Qarabağ” II raundda Polşa “Rakuv”unu məğlub etsə, Kipr “Aris”i ilə qarşılaşacaq.
“Aris” Belarus BATE-sini mübarizədən kənarlaşdırıb. İlk oyunda rəqibinə 6:2 hesabı ilə qalib gələn kiprlilər cavab matçında da 5-3 qalib gəlib.
Qeyd edək ki, “Qarabağ” Polşadakı görüşdə “Rakuv”a 2:3 hesabı ilə uduzub. Cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, ikinci görüşləri isə 15 avqustda gerçəkləşəcək.