Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir matçı keçirilib.
AzerTimes xəbər verir ki, turun mərkəzi görüşündə “Qarabağ” “Sabah”ı qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 15-ci dəqiqədə “köhlən atlar”ın heyətində Musa Qurbanlı hesabı açıb. 75-ci dəqiqədə Bəxtiyar Həsənalızadə “Sabah”ın bərabərlik qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 58-ə çatdıran Ağdam təmsilçisi liderdir. “Sabah” 53 xalla ikinci pillədə qərarlaşıb.