Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tur başa çatıb.
AzerTimes xəbər verir ki, turun son matçı Qəbələdə yerli komanda ilə “Qarabağ” arasında baş tutub.
Qarşılaşma qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
2-ci dəqiqədə Hamidu Keyta hesabı açıb. 11-ci dəqiqədə Nəriman Axundzadə “köhlən atlar”ın ikinci qolunu vurub. Qonaqların heyətində Kevin Medina 42-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə meydan sahiblərinin müdafiəçisi Lukas Afriko fərqi azaldıb.
Qurban Qurbanov baş məşqçi karyerasında ilk dəfə bu görüşdə qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb.
Bununla xallarının sayını 13-ə çatdıran “Qarabağ” üçüncü pilləyə yüksəlib. Sonuncu sıradakı “Qəbələ”nin 4 xalı var.