Qarabağ qazilərinin fərdi avtomobillərlə təmini prosesi həyata keçirilir – Agentlik sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Sosial Xidmətlər Agentliyi olaraq Qarabağ qazilərinin fərdi avtomobillərlə təmin edilməsi prosesini də həyata keçiririk.

AzerTimes-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən mətbuat konfransında deyib ki, 2019-cu ildə əlilliyi olan 600, 2020-ci ildə isə 400 şəxsə avtomobil verilib.


Onun sözlərinə görə, avtomobil təminatı baxımından bu günə olan ümumi statistika 7250-dir. 2021-ci ildə isə ümumilikdə, 160-a yaxın avtomobilin verilməsi hədəflənib.

Teqlər: