“Qarabağ” – “Qalatasaray” matçını kim idarə edəcək?

“Qarabağ” – “Qalatasaray” matçını kim idarə edəcək?

Martın 26-da Bakı Olimpiya Stadionunda “Qarabağ”la Türkiyənin “Qalatasaray” komandaları arasında xeyriyyə məqsədilə keçiriləcək yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

Bu barədə AzerTimes-a AFFA-dan bildirilib.

Saat 20:00-da başlayacaq qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Oyunun var hakimləri Cavid Cəlilov və Müslüm Əliyev olacaq.

Teqlər: