“Qarabağ” PSJ və “Bavariya”nı keçdi

“Qarabağ” PSJ və “Bavariya”nı keçdi

2022/2023 mövsümündə indəyədək Avropanın ən yaxşı 40 çempionatında çox qol vurmuş komandalar müəyyənləşib.

AzerTimes “67hail hail” nəşrinə istinadən xəbər verir ki, “10”-luqda Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb.

“Köhlən atlar” (54 qol) 5-ci pillədə qərarlaşıb. Ağdam klubunun qol ortalaması 2,7-yə bərabərdir.

1. “Seltik” (Şotlandiya) – 74 qol, qol ortalaması (3,08)

2. “Genk” (Belçika) – 57 qol, (2,48)

3. “Reyencers” (Şotlandiya) – 56 qol (2,33)

4. “Slaviya” (Praqa, Çexiya) – 56 qol (3,29)

5. “Qarabağ” (Azərbaycan) – 54 qol (2,7)

6. “Mançester Siti” (İngiltərə) – 53 qol (2,65)

7. “Linfild” (Şimali İrlandiya) – 53 qol (2,03)

8. “Bavariya” (Almaniya) – 52 qol (2,88)

9. PSJ (Fransa) – 52 qol (2,48)

10. “Ayaks” (Niderland) – 51 qol (2,68)

Teqlər: