Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa Birliyindəki bəzi ölkələri, ABŞ-ı narahat edir.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oqtay deyib.

O bildirib ki, bu gün Türkiyə də ikili standartlardan əziyyət çəkir:

“Türkiyənin beynəlxalq aləmdəki gücü hər gün artır, apardığı siyasət uğurlar qazanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da yürütdüyü uğurlu siyasətin son dərəcə önəmli olduğunu görürük. Təbii ki, bu da bir çoxlarını narahat edir. Qarabağ probleminin həll olunması Türkiyə və Azərbaycanı sevindirsə də, digər tərəfdən Fransanı, Avropa Birliyindəki bəzi ölkələri, ABŞ-ı narahat edir. Halbuki bu məsələdə narahat olunacaq nəsə yoxdur. Əksinə, sevinmək lazımdır. Çünki Ermənistan enerjisini iqtisadi inkişafına yönəltməlidir”.

Teqlər: