“Qarabağ” Polşa komandasına məğlub oldu

“Qarabağ” Polşa komandasına məğlub oldu

Ağdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi son yoxlama oyununda məğlub olub.

AzerTimes xəbər verir ki, Ağdam təmsilçisi Polşanın “Poqon” klubu ilə matçdan 2:4 hesablı məğlubiyyətlə ayrılıb. Azərbaycan çempionunun heyətində qolları Marko Yankoviç və Abdullah Zubir vurublar.

“Qarabağ” bu gün iki yoxlama görüşü keçirib. Günün ilk matçda komandamız Serbiyanın “Çukariçki” klubuna qalib gəlib – 1:0.

Qeyd edək ki, yanvarın 13-də “Qarabağ” ilk yoxlama matçında Polşanın “Rakuv” klubuna 0:3 hesabı ilə uduzub.

Teqlər: