Türkiyənin Antalya şəhərində mövsümün ikinci yarısına hazırlaşan “Qarabağ” bu gün ilk yoxlama matçını keçirib.
AzerTimes xəbər verir ki, təmsilçisimiz Polşanın “Rakov” klubu ilə görüşüb və matç 3-0 hesabı ilə rəqibin xeyrinə yekunlaşıb.
Qeyd edək ki. “Qarabağ” yanvarın 18-də Polşanın digər klubu “Poqon” və Serbiya təmsilçisi “Çukariçki” ilə qarşılaşacaq.