Rəqib bəzən xaotik oynasa da, futbolçuların anlaşması yaxşı səviyyədədir.
AzerTimes xəbər verir ki, bunu Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Korkeakunnas Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə deyib.
55 yaşlı mütəxəssis Ağdam təmsilçisinin bacarıqlı və sürətli oyunçulardan ibarət fəal komanda olduğunu bildirib:
“Hər iki matçda Polşa çempionunu oyun baxımından üstələdilər. Bizi səfərdə çətin oyun gözləyir”.
O, Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin zədə səbəbindən “köhlən atlar”a qarşı oynamayacağını bildirib.
Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.