Qarabağ Nikaraqua millisinin kapitanına 400 min təklif etdi

Qarabağ Nikaraqua millisinin kapitanına 400 min təklif etdi

“Qarabağ”ın transfer siyahısında olan daha bir futbolçunun adı açıqlanıb.

Ağdam təmsilçisi Nikaraqua millisinin kapitanı Xuan Barreranın keçidində maraqlıdı.

Xəbərdə bildirilir ki, Azərbaycan çempionu hazırda Qvatemalanın “Komunikasones” klubunda çıxış edən 28 yaşlı oyunçu üçün qarşı tərəflə danışıqlara başlayıb. Hətta Çempionlar Liqasındakı iştirakçımızın yarımmüdafiəçi üçün “Komunikasones”ə 400 min dollar təklif etdiyi də vurğulanıb.

Yarımmüdafiənin hər iki cinahında, eləcə də hücumun sivri ucunda oynamağı bacaran Barreranın əsl mövqeyi sol cinahdı. Tam adı Xuan Ramon Barrera Peres olan oyunçu hazırkı klubuna ötən ilin yanvarında Avstriya “Altax”ından keçib.

Qeyd edək ki, 2009-cu ildən Nikaraqua millisinə dəvət edilən Xuan Barrera yığmanın heyətində 42 oyun keçirib, 10 qola imza atıb.