“Qarabağ”-“Neftçi” oyunu bu hakimə tapşırıldı

“Qarabağ”-“Neftçi” oyunu bu hakimə tapşırıldı

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Günün diqqətçəkən görüşü olan “Qarabağ” – “Neftçi” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək.

Yarımfinal, cavab oyunları

24 aprel

17:00. “Qəbələ” – “Zirə”

Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.

Hakim-inspektor: Rövşən Əhmədov.

AFFA nümayəndəsi: Nəriman Axundov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

Tofiq Bəhramov adına Respublika stadionu

Teqlər: