Qarabağ münaqişəsi başa çatıb və region ölkələri diqqətini gələcəyə yönəltməlidir.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalyada Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panel müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan ərazilərinin işğalına çoxdan son qoyulsa da, bəziləri hələ də “münaqişə” terminini istifadə edir:
“Münaqişə tənzimlənib. Bu o demək deyil ki, bütün məsələlər həll olunub, amma Azərbaycan dəfələrlə Ermənistanı sülh sazişini imzalamağa çağırıb. Biz Ermənistanı sülhə çağırmışıq və çağırırıq”.