“Qarabağ” mərkəzi oyunda ciddi itki ilə üzləşdi

“Qarabağ” mərkəzi oyunda ciddi itki ilə üzləşdi

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov zədələnib.

AzerTimes-ın məlumatına görə, 31 yaşlı müdafiəçi səfərdə “Sabah”a qarşı keçirdikləri Azərbaycan Premyer Liqasının XIV turunun mərkəzi matçında sıradan çıxıb.

Ayağından xəsarət alan təcrübəli oyunçu görüşü davam etdirə bilməyib və 70-ci dəqiqədə Kevin Medina ilə əvəzlənib.

Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda hesab açılmayıb.

Teqlər: