“Qarabağ” məğlub edə bilməyəcəyimiz rəqib deyil.
AzerTimes xəbər verir ki, bunu Polşa “Rakuv”unun Müşahidə Şurasının üzvü Voytsex Tsıqan UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi olan “Qarabağ” barədə danışarkən deyib.
“Biz qışda Türkiyədəki yoxlama oyununda bu komandaya 3:0 hesabı ilə qalib gəlmişik. Amma Azərbaycan çempionuna qarşı mümkün qarşılaşma “Flora” ilə matçdan daha çətin olacaq. Hazırda əsas fikrimizi I təsnifat mərhələsindəki rəqibə yönəltmişik”, – Tsıqan qeyd edib.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”u ilə qarşılaşacaq. “Köhlən atlar” bu rəqibi keçə bilsə, növbəti raundda “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.