“Qarabağ” – “Marsel” oyunundan sonra metro 10 min azarkeş daşıyıb

Xəbər - Samir Əli – Trend:

Dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ”- “Marsel” oyunundan sonra Bakı metropoliteninin “Nəriman
Nərimanov”, “Gənclik” və “28 may” stansiyaları ilə 10 minə yaxın
azarkeş daşınıb.

Bunu AzerTimes-ın sorğusuna cavab olaraq Bakı metropoliteninin
Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, oyundan sonra 7 min sərnişin “Gənclik”
stansiyasından istifafə edib.


“Ümumilikdə isə 3 stansiya üzrə 10 min azarkeş mənzil başına
çatdırılıb. Metro stansiyalarında oyundan sonra hər hansısa bir
narahatlıq olmayıb. Sərnişinlər pandemiya qaydalarına riayət
edilməklə mənzil başına təhlükəsiz çatıdırlıb. Qatarlar sonuncu
azarkeş daşınana qədər fəaliyyət göstərib”,- B.Məmmədov
bildirib.

Qeyd edək ki, metropolitenin 3 stansiyası – “Gənclik”, “Nəriman
Nərimanov” və “28 May” stansiyalarına giriş gecə saat 1-ə qədər
uzadılıb.

Teqlər: