“Qarabağ” Mahirə görə “Dinamo” ilə danışıqlar aparır

“Qarabağ” Mahirə görə “Dinamo” ilə danışıqlar aparır

Mahir Emreli yenidən “Qarabağ”da çıxış edə bilər.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, hazırda Ağdam klubunun təmsilçiləri futbolçunun müqavilə ilə məxsus olduğu “Dinamo” (Zaqreb) ilə danışıqlar aparır. Əgər müsbət nəticə əldə olunsa, Mahir Emreli mövsümün sonunadək icarə qaydasında sabiq komandasında oynayacaq.

Bu mövsüm zədə səbəbindən Xorvatiya təmsilçisinin əsas heyətində az oynayan millimizin üzvünün Türkiyə və başqa bir neçə ölkəyə bu mövsümün sonuna kimi icarəyə göndərilmək variantı var. Ancaq M.Emrelinin özü “Qarabağ”a qayıtmaq istəyir.

Ağdam təmsilçisində də İbrahima Vadjinin “Sent-Etyen”ə transferindən sonra hücumçu almağı zəruri edib. Bu səbəbdən “Qarabağ” Mahir üçün “Dinamo” ilə hazırda danışıqlar aparır.

Maksimum qarşıdakı 2 gündə transferin alınıb-alınmayacağı qətiləşəcək.

Qeyd edək ki, M.Emreli bu ilin fevralında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb.

Xatırladaq ki, M.Emreli 2015-2021-ci illərdə “Qarabağ”da oynayıb.

Teqlər: