“Qarabağ” “Linkoln” səddini keçsə, hansı klubla qarşılaşacaq?

“Qarabağ” “Linkoln” səddini keçsə, hansı klubla qarşılaşacaq?

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.

AzerTimes Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın da növbəti mərhələyə yüksələcəyi təqdirdə mümkün rəqibi bəlli olacaq.

II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək. “Linkoln” – “Qarabağ” cütü püşk zamanı səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Çempionlar yolu

Səpələnmişlər

“Linkoln” – “Qarabağ” cütünün qalibi

“Ferentsvaroş” – TNS cütünün qalibi

PAOK – “Borats” cütünün qalibi

“Bodo Qlimt” – RFŞ cütünün qalibi

“Selye” – “Slovan” cütünün qalibi

“Styaua” – “Makkabi” (Tel-Əviv) cütünün qalibi

Səpələnməmişlər

“Malmö” – “Klaksvik” cütünün qalibi

“Lüdoqorets” – “Dinamo Minsk” cütünün qalibi

APOEL – “Petrokub” cütünün qalibi

“Panevejis” – “Yagellonya” cütünün qalibi

“Şemrok Rovers” – “Sparta” cütünün qalibi

“Santa Koloma” – “Midtyulland” cütünün qalibi

Səpələnmişlər

“Reyncers”

“Slaviya”

“Zalsburq”

“Lill”

Səpələnməmişlər

“Luqano” – “Fənərbağça” cütünün qalibi

“Dinamo Kiyev” – “Partizan” cütünün qalibi

“Union Sent Jiloaz”

“Tvente”

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.

Teqlər: