“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi oyuna 18 500 bilet satılıb.
Bu barədə AzerTimes-a klubdan məlumat verilib.
Vurğulanıb ki, bu gün təxminən 68 000 tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Görüş saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.