Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoldaşlıq matçını keçirib.
AzerTimes xəbər verir ki, “Qarabağ” Polşa “Legiya”sı ilə görüşüb. “Kössen Arena”da oynanılan görüş təmsilçimizin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Varşava təmsilçisindən qolları 74-cü dəqiqədə Mark Qual və 80-ci dəqiqədə Yurgen Elitim Sepulveda vurublar.
Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk matçında Macarıstan “Ferentsvaroş”u ilə 3:3 hesablı heç-heçə edib.