“Qarabağ” Konfrans Liqasında növbəti qələbəsini qazanıb

Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın “Qarabağ” klubu Qazaxıstanın “Kayrat” klubunu qəbul edib.

AzerTimes-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın heyətində qolları Ramil Şeydayev (79-cu dəqiqə) və Abbas Hüseynov (90+1-ci dəqiqə) vurublar, qonaqların yeganə qolunu isə oyunun 19-cu dəqiqəsində penalti zərbəsindən Kante vurub.


Qeyd edək ki, “Qarabağ” 3 oyundan sonra 7 xalla qrupda liderdir. İkinci yerdə 4 xalla “Bazel” (2 oyun keçirib), üçüncü yerdə 1 xalla “Kayrat”, dördüncü yerdə isə 1 xalla “Omoniya” (2 oyun keçirib) qərarlaşıb.

Teqlər: