Qarabağ konflikti BMT-nin uğursuzluğu idi – Mihir Kanade

Xəbər - Humay Ağacanova – Trend:

Qarabağ konflikti BMT-nin uğursuzluğu idi.

AzerTimes-ın məlumatına görə bunu, “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı BMT-nin Sülh Universitetində Beynəlxalq Hüquq Departamentinin direktoru Mihir Kanade deyib.

O, Azərbaycanın məcburi köçükünləri ilə yaxından tanış olduğunu və onların mədəni irslərinin itməsinə şahidlik etdiyini bildirib.

“Əgər biz sülh istəyiriksə, sülhə hazır olmalıyıq. Bu, özündə təhsil, insan hüquqları və beynəlxalq hüququ ehtiva edir. Ümid edirəm ki, daha dayanıqlı sülhsevər bir gələcəyə addımlayarıq”, – deyə M.Kanade qeyd edib.

Teqlər: