AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzerTimes-ın məlumatına görə, yığıncaqda Azərbaycan Premyer
Liqasının XVIII turunda baş verənlər müzakirə olunub.
“Neftçi” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə ilə
cəzalanan qonaqlar 800 manat cərimə olunub.
“Qarabağ” – “Qəbələ” matçında meydan sahiblərinin azarkeşləri
tərəfindən kütləvi şəkildə hakimin ünvanına təhqiramiz ifadələr
işlədilib. Bu üzdən Ağdam klubu 4000 manat cərimələnib. Qonaqların
azarkeşləri tərəfindən stadiondakı əmlaka zərər vurulduğuna görə
dəymiş zərər “Qəbələ” klubu tərəfindən qarşılanacaq.
“Keşlə” – “Sabah” qarşılaşmasında 5 oyunçusu sarı vərəqə ilə
cəzalanan meydan sahibləri 800 manat ziyana düşüb. “Sabah”ın
qapıçısının formasında qüsur olduğundan oyun gec başlandığı üçün
klub 800 manat ödəyəcək.