“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini açıqlayıb.
AzerTimes xəbər verir ki, Ağdam klubu sosial şəbəkə vasitəsilə braziliyalı Viera Juninyonun keçidini elan edib.
27 yaşlı hücumameyilli oyunçu Portuqaliyanın “Çaves” klubundan transfer olunub. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Juninyo “Qarabağ”da 18 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qarabağ”ın transfer dönəmində ilk keçidi “Zirə”dən fransalı vinger Hamidu Keyta olub.