“Qarabağ” klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb.
AzerTimes xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.
Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.